Xəbər lenti

Video 20:23 23.03.2018

Məşhur müğənni Musa və Təranəyə görə Zaurun verilişinə çıxmadı (VİDEO)

"Xəzər TV”də yayımlanan "5/5” verilişində qalmaqal yaşanıb.

Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal proqrama Təranə Qumral-Musa Musayev cütlüyü ilə yanaşı, müğənni Könül Kərimovanı da dəvət edib.

Lakin, Könül Kərimova Musa və Təranənin verilişdə olduğunu öyrəndikdən sonra çəkilişə qatılmayıb. Zaur Kamal Könül Kərimovaya zəng edərək çəkilişə gəlib-gəlmədiyini soruşanda ifaçı aparıcıya: "Mənimlə birliktə onları niyə çağırmısan?”- deyərək onlarla birgə efirə çıxmayacağını bildirib.

Buna cavab olaraq Təranə Qumral verilişin sonunadək studiyanı tərk etməyəcəyini bildirib. Zaur Kamal xahiş etsə də, o, sözünü yerinə yetirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->