Dünya 13:30 07.09.2019

Məşhur müğənni qəzada öldü: İnanılmaz təsadüflər üzə çıxdı

30 yaşlı müğənni Kali Re Herris Nyu Mexikoda avtomobil qəzasında həyatını itirib. 

Qaynarinfo xəbər verir ki, qəzanın detalları inanılmaz bir təsadüfü ortaya çıxarıb. 

Amerikalı kontri musiqi ifaçısı Kali Re Herris Texsasdan Nyu Mexiko əyalətinə bir festivalda iştirak etmək üçün yola çıxıb. Sükan arxasında özü olub. 
O, sosial mediadakı son paylaşımında həmin vaxt getdiyi avtomobil yolunda bir neçə yaxınının öldüyünü deyib. 



Herris bu sözlərindən bir neçə saat sonra bir avtomobillə toqquşaraq düşdüyü qəzada vəfat edib. 522 saylı dövlət yolunda qəzaya düşən 30 yaşlı Herrisdən başqa 16 yaşlı bir qızın öldüyü də məlum olub.

Alpər Cəbrayıl