Maqazin 22:55 11.07.2015

Məşhur müğənnidən iyrənc hərəkət - FOTOLAR

22 yaşlı amerikalı müğənni Ariana Qrandenin başı yenə qalmaqaldadır. Milli.Az TMZ-yə istinadən bildirir ki, Kaliforniyadakı restoranlardan birində sərxoş vəziyyətdə "Amerikaya nifrət edirəm" deyən müğənninin bu "çıxış"ını restoranın müşahidə kameraları çəkmiş, videoda da sonradan sosial şəbəkələrdə yayılmışdı. 

İndisə bəlli olub ki, Riversayd şəhərindəki restoranda olarkən sevgilisi ilə öpüşəndən sonra Ariana Qrande dondurma piştaxtasındakı dondurmaları yalayıb, sonra onlara tüpürüb. Polis olayı araşdırır.

Qaynar.info