Estoniya hakimiyyəti rusiyalı müğənni Klava Kokenin martın 29-da Tallinndə konsert verməsini qadağan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Postimees" yazıb.
Estoniya Mədəniyyət Nazirliyinin kommunikasiyalar üzrə müşaviri Hannus Luure jurnalistə deyib ki, Klava Kokinin Estoniyadakı çıxışı yersizdir, çünki o, Rusiya təbliğatının xidmətindədir.
Estoniya Daxili İşlər Nazirliyinin mətbuat katibi Veiko Pesur elan edilmiş konsertin keçirilməsinin mümkünlüyünü şərh edərkən jurnalistlərə izah edib ki, tədbir təşkilatçıları "Kremlpərəst tezislər" təqdim edən sənətçiləri Estoniyaya dəvət etməməlidir.
Estoniyada çıxış etmək istəyən Rusiya və Belarus mədəniyyət xadimləri hazırda Estoniya vizası ala bilmirlər. Nazirlik rəsmisi əlavə edib ki, başqa bir Avropa İttifaqı ölkəsindən vizası olan rusiyalı sənətçilər ittifaqın sərhədlərindən keçərək Estoniyaya daxil ola bilərlər, lakin Daxili İşlər Nazirliyinin ictimai asayiş və ya milli təhlükəsizlik səbəbi ilə hətta müddətli Şengen vizası olan əcnəbilərin ölkəyə girişini qadağan etmək hüququ var.
Eyni zamanda, MJClub şirkətinin sahibi, Klava Kokinin Tallinndə çıxışının təşkilatçısı Yuri Mets əmindir ki, müğənni həqiqətən də martda Estoniyaya gələcək. Onun sözlərinə görə, o, etibarlı Şengen vizası ilə Almaniyadan Tallinə daxil ola biləcək.
"Postimees" rəsmi səhifəsində Klava Kokanın MJClub konserti ilə bağlı elanın silindiyini və bilet satışının dayandırıldığını bildirib.
Aydın
Şərhlər