Foto 16:37 18.01.2019

Məşhur mükafatlandırılma mərasimi Azərbaycanda keçirilə bilər (FOTOLAR)

Dünyaca məşhur mükafatlandırılma mərasimlərindən biri olan "Golden Palm Awards"da Azərbaycanın iştirakı asanlaşıb.

Qaynarinfo Bu barədə BAKU.WS-ə tanınmış bloqqer, təşkilatçı Aqil Məmiyev məlumat verib. 

Bu ilin yanvarın 4-dən beynəlxalq mükafatlandırılma mərasiminin Azərbaycan üzrə rəsmi təmsilçisi olan A. Məmiyevin sözlərinə görə, bundan sonra Azərbaycanın uğurlu incəsənət nümayəndələri, ictimai xadimləri və biznes sektorunda çalışanlar beynəlxalq mükafata asanlıqla namizədliyini irəli sürə biləcəklər. Aqil Məmiyev onu da qeyd etdi ki, "Golden Palm Awards"ın tezliklə ölkəmizdə də keçrilməsi planlaşdırılır. 

Məlumat üçün bildirək ki, VI «Golden Palm Awards» mükafatlandırılma mərasimi 25 mart tarixində Türkiyənin İstanbul şəhərində keçriləcək. 

Xatırladaq ki, ötən il bu mükafata Faydee ve Kate Linn kimi ulduzlar sahib olub. 

Qeyd edəki, beynəlxalq layihə hazırda Amerika Birləşmiş Ştatları, Meksika, Fransa, Türkiyə və s. ölkələrdə keçrilir. Mötəbər tədbirin qurucusu və idarə heyətinin sədri tanınmış jurnalist Nedim Delibaşdır.