Foto 19:53 11.11.2017

Məşhur musiqiçi öldükdən sonra qadın olduğu üzə çıxdı (FOTOLAR)

Billi Tipton dünyaca məşhur cazz pianoçusu və saksofon ifaçısı olub. Amma onunla bağlı şok həqiqət öldükdən sonra üzə çıxıb. Məlum olub ki, o əslində kişi yox, qadın olub.

Billi Tipton 29 dekabr 1914-cü ildə ABŞ-ın Oklahoma ştatında dünyaya gəlib. Qış uşağı olaraq doğulsa da, böyüdükcə özünü oğlan kimi hiss edir.

O, 1930-cu illərdə musiqi karyerasına başlayır. Əvvəlcə yerli kulublarda səhnəyə çıxıb. Məşhurlaşdıqca qadın olduğu anlaşılmasın deyə sinəsini xüsusi bandla sarığma və şalvarının altına yatsıq qoymağa başlayır.

Daha sonra qorxunc bir qəza keçirdiyini deyən Tipton əməliyyat olunaraq süd vəzilərini qalıcı olaraq götüzdürüb.

Rəsmi olaraq evlənməyib, amma həyatında saysız-hesabsız qadınlar olub. Həyatının ən uzun münasibətini Kitti ilə yaşayıb və onun 3 uşağına atalıq edib.

10 il sonra Kittidən ayrılan Tipton ölümünədək Maryann adlı qadınla birlikdə yaşayıb. Billi 1989-cu ildə - 74 yaşında dünyasını dəyişib.
 
Tiptonun atalıq etdiyi oğullarından biri olan Villiam onun əslində homoseksual olduğunu açıqlayıb. Kitti isə bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib. 

Bir sözlə Billi Tiptonun 74 illik həyatında qadın olduğunu dünya ancaq onun ölümündən sonra bilib. 
 





Aydın
Qaynarinfo.Az