Dünya 12:23 20.08.2013

Məşhur narkobarona 15 il iş verildi

Kaliforniya məhkəməsi avqustun 19-da "Tixuana" narkokartelinin liderlərindən olan Eduardo Arelyano Feliksə 15 il həbs cəzası verib. 

Qaynar.info-nun məlumatına görə, məhkəmə Feliksi narkotik satışından gələn pulların yuyulmasında təqsirli bilib. 

Bununla yanaşı narkobaron 50 milyon dollar məbləğində də cərimələnib. 

Qeyd edək ki, "Doktor" ləqəbi ilə tanınan Eduardo Arelyano Feliks 2008-ci ildə Meksikada həbs olunmuşdu. 2012-ci ildə Meksika hökuməti onu ABŞ-a ekstradisiya etmişdi. 

Qaynar.info