Məşhur portret 23 il sonra zibil torbasından tapıdı (VİDEO)

Məşhur portret 23 il sonra zibil torbasından tapıdı (VİDEO)

Məşhur avstriyalı rəssam Qustav Klimtin 23 il öncə itən "Bir qadının portreti" əsəri təsadüf nəticəsində tapılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 1917-ci ilə aid olan kətan üzərində işlənmiş əsər 1997-ci ildə İtaliyanın Ricci Oddi qalereyasının təmiri zamanı yoxa çıxmışdı. Müstəntiqlər əsərin oğurlandığını düşünürdülər. Hətta bununla bağlı bir neçə fərziyyə də irəli sürülmüşdü. Bildirilirdi ki, oğrular əsəri tilov vasitəsilə qalereyanın pəncərəsindən çıxarıblar. Hadisədən 1 ay sonra polis əsərin yaxşı hazırlanmış saxta versiyasını ələ keçirdi. Naməlum şəxslər bunu poçtla siyasətçilərdən birinə göndərməyə çalışırdılar. Bütün bunlara baxmayaraq orjinal əsərin taleyi ilə bağlı heç bir məlumat yox idi.

Bu yaxınlarda qalereyanın bağbanı divarı təmizləyərkən, arxada dəmir qapı tapıb. Qapının arxasında gizlədilən plastik torbada bükülmüş şəkli görə bağban məsələ ilə bağlı polisə məlumat verib. Portretin illərdir burada qaldığı ehtimal edilir. Ekspertlər əsərə heç bir zərər dəymədiyini ifadə edirlər. Hazırda "Bir qadının portreti" polis tərəfindən qorunur.

Maraqlısı budur ki, bu portret Klimtin yeganə cüt əsəridir. Yəni, rəssam kətan üzərinə iki şəkli üst-üstə çəkib. Mütəxəssislər bu faktı 1997-ci ildə, əsər yoxa çıxmamışdan bir müddət əvvəl aşkar etmişdilər.
 
Camal
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR