Ölkə 12:50 02.05.2013

Məşhur repçi öldü

34 yaşlı musiqiçini narkotik öldürdü.

Mac Daddy səhnə adı ilə məşhur olan repçi Kris Kelli 34 yaşında dünyasını dəyişdi. Anspress-in verdiyi məlumata görə, musiqiçi Atlant xəstəxanasına huşsuz vəziyyətdə çatdırılıb. Onun ölümünə dozadan artıq narkotik qəbulu səbəb olub.

Kris Kelli digər repçi Kris Smitlə "Kris Kros" dueti yaratmışdılar. Qrup 1998-ci ildə dağılır və onlar yaradıcılıqlarını solo karyerada davam etdirirlər. Bu il isə birlikdə konsertlər veriblər.

Qaynar.info