Sənət 11:55 29.08.2017

Məşhur serialın final seriyası rekord qırdı

"Game of Thrones"un 7-ci seriyası nümayişə çıxıb və tamaşaçı sayına görə rekord qırıb. 

"Qaynarinfo" xarici mətbuata istinadən xəbər verir ki, serial nümayişə 28 avqustda başlayıb.

Bildirilir ki, televiziya yayımına çıxarılan serialın final seriyası 12,1 milyon nəfər tərəfindən izlənilib. 4 milyon insan isə internet yayımı vasitəsilə finala baxıb. Bundan öncəki seriyanın izlənmə sayı 8,9 milyon olmuşdu. Son rəqəmlərlə müqayisədə izlənmə dərəcəsi 36% artıb. 

Ötən bazar günü 7-ci seriyanın 7-ci epizodu "NVO" telekanalında efirə verilmişdi. Xatırladaq ki, 7-ci seriyanın ilk epizodu iyul ayında izləyicilərə təqdim olunmuşdu. Bu seriya 10 milyon tamaşaçını ekran önünə yığa bilmişdi. 

Qeyd edək ki, "Game of Thrones" serialı amerikan yazıçısı Corc Martinin "Buz və alov mahnısı" əsərinin motivləri əsasında çəkilib. Filmin ilk seriyası 2011-ci ildə izləyiciləri ilə görüşüb. 

Nərmin Həsənli

Qaynarinfo.Az