Siyasət 12:35 24.10.2017

Məşhur teleaparıcı Azərbaycanın "qara siyahı"sına daxil ediləcək

İşğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

"Qaynarinfo" xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Xatırladaq ki, E.Burden oktyabr ayında "Entoni Burden: bilinməyən yerlər" teleşousu üçün ermənilər tərəfindən işğal olunmuş Şuşaya səfər edib. O, bu barədə sosial şəbəkədəki səhifəsində xəbər verib.

Qaynarinfo.Az