Foto 09:37 29.12.2017

Məşhur tennisçini boşayan sirli iş adamı Məmmədov kimdir? (FOTO)

Rusiya Federasiya Şurasında Samara vilayətini təmsil edən sirli biznesmen və gənc siyasətçi Sergey Məmmədov arvadı, məşhur tennisçi Anastasiya Mıskina ilə rəsmən ayrılıb. 

Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, senator Məmmədovun 3 oğlunun anası ilə ayrıldığı barədə şaiyələr bir müddət əvvəldən dolaşırdı. İndi bu şaiyələr təsdiqlənib və məlum olub ki, ayrılığa səbəb Məmmədovun biznesvumen, elit gözəllik salonu şəbəkəsinin sahibi Syuzanna Karpova ilə münasibətləridir.



Bəs sirli biznesmen və siyasətdə sürətlə irəliləyən Məmmədov kimdir? Rusiya mənbələrinə əsasən o, görkəmli sovet xadimi, SSRİ Dövlət Teleradio Komitəsinin sədr müavini olmuş azərbaycanlı  Ənvər Məmmədovun nəvəsidir. Ənvər Nazim oğlu Məmmədov 1923-cü ildə Bakıda müəllim ailəsində anadan olub. Orta məktəbi bitirəndən sonra 1941-ci ildə hərbi təyyarəçilər kursuna yazılıb. Lakin orada zədə aldığından Bakıya qayıdıb və hərbi kəşfiyyatın tərcüməçi kursunda oxuyub. Müharibədə iştirak edib. 1943-cü ildə tərxis olunub və SSRİ xarici işlər Xalq komissarlığına işləməyə göndərilib. 1944-1945-ci illərdə SSRİ-nin İtaliyadakı səfirliyinin press-attaşesi olub. Nürenberq prosesində tərcüməçi kimi iştirak edib.



Daha sonra SSRİ XİN-də müxtəlif vəzifələrdə işləyib, 1953-cü ildə Moskva Xarici Dillər Universitetini bitirib. 1956-1959-cu illərdə SSSRİ-nin Vaşinqtondakı səfirliyinin müşaviri olub, paralel olaraq  "USSR” jurnalının baş redaktoru işləyib. 1969-1960-cı illərdə "Sovinformbüro”nun direktorunun müavini olub. 1962-1985-ci illərdə SSRİ Dövlət Teleradio Komitəsinin sədrinin müavini işləyib. Hazırd RİA Novosti agentliyinin baş redaktorunun müşaviridir.


Görkəmli sovet xadimi Ənvər Məmmədov (ortada)

Ənvər Məmmədovun oğlu Georgi Məmmədov da peşəkar diplomatdır. Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsini daşıyır. SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir, üçüncü katib vəzifələrində işləyib. Daha sonra SSRİ XİN-də ABŞ və Kanada İdarəsinin rəisinin birinci müavini , 1991-ci ildə bu idarənin rəisi olub. Məmmədovun diplomat kimi sonuncu iş yeri Rusiyanın Kanadadakı səfiri (2003-2014-cü illər) vəzifəsidir. Biznesmen və Federasiya Şurasının üzvü Sergey Məmmədov Georgi Məmmədovun oğludur.


Səfir Georgi Məmmədov

Sergey Məmmədov 1972-ci ildə Moskvada anadan olub. 90-cı illərin ortalarından etibarən biznes fəaliyyətinə başlayıb, "Volqaburmaş” (Volqa Qazma Maşınları) şirkətinin sahibi, Samaradakı "BTM-Group” şirkətinin direktorlar şurasının sədri olub. 2010-cu ildə səhmlərini sataraq siyasətə girib, Samara vilayətində yerli icmanın deputatı seçilib. 2011-ci ildən bu yana Federasiya Şurasında Samara vilayətini təmsil edir.