Dünya 12:47 24.03.2018

Məşhur türk aktyoru vəfat etdi

Türkiyənin məşhur aktyoru Ercüment Balakoğlu dünyasını dəyişib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 80 yaşlı aktyor bir müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

1 yanvar 1934-cü ildə Zonquldakda doğulan Balakoğlu "Çocuklar Duymasın" adlı məşhur serialda yaratdığı Dursun obrazı ilə daha da məşhurlaşmışdı. 2013-cü ildən bəri Tamaşa teatrında çıxış edən aktyor "Günəşə səyahət", "Məktub", "Papatyam", "Danimarkalı gəlin", "Çılğın sevgililər" və s. kimi layihələrdə yer alıb.

Gülşən