Maqazin 23:15 04.04.2015

Məşhur ulduzların qızı soyundu - FOTOLAR

Məşhur ulduzlar Alek Bolduin və Kim Besindjerin 19 yaşlı qızı Ayrlendın erotik şəkilləri yayılıb. Anspress-in məlumatına görə, bu şəkilləri Ayrlend öz İnstagram hesabında paylaşıb.

Onlardan birində qız yalnız qara sviterdə poza verib. İstifadəçilər ana və qızının çox oxşarlığını qeyd ediblər. Lakin qız özü hesab edir ki, o anasına heç oxşamır.

"Anamın boyu 176 santimetrdir, amma mənim boyum isə 186 sm-dir. O arıqdı, mən möhkəməm. Vücudum ondan daha genişdir. Mənim yaşda olanda onun almacıq sümükləri başqa cür idi. Mən hələ ki yalnız yeniyetmə mərhələsini keçməyə çalışıram", – deyə Ayrlend onu anasına oxşadanlara deyib.










Qaynar.info