Dünya 16:44 15.04.2018

Məşhur vəkil iqlim dəyişikliyinə etiraz olaraq özünü yandırdı

ABŞ-ın məşhur vəkillərindən olan Deyvid Bakkel iqlim dəyişikliyinə etiraz olaraq özünü yandırıb.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, homoseksualların hüquqları və ətraf mühiti qorumaq uğrunda mübarizəsi ilə bilinən 60 yaşlı Bakkel Nyu Yorkda Bruklin prospektində fossil yanacaqdan istifadə edərək özünü yandırıb və vəkilin həyatını xilas etmək mümkün olmayıb.
Onun intihar mesajında qeyd olunur:
"Planetimizdəki insanların əksəriyyəti fossil yanacağının yaratdığı qeyri-sağlam hava ilə nəfəs alır və əksəriyyət buna görə erkən yaşlarında ölür. Mənim ölümüm fossil yanacağının bizə nə etdiyini əks etdirir".

Qeyd edək ki, Deyvid Bakkel transseksual Brandon Tiinanın qətli ilə bağlı məhkəmə prosesində iştirakı ilə məşhur idi. 

Gülşən