Dünya 15:21 16.04.2013

Messi bezdi

"Barselona"nın argentinalı ulduzu Lionel Messi qonşularından bezib. 

Qaynar.info-nun məlumatına görə, argentinalı ulduz evinin yaxınlığında yaşayan qonşularının səs-küyündən bezib qonşuluğunda yaşayanların evlərini 1 milyon avroya alıb. 

Əvvəllər bu narahatlıqdan xilas olmaq üçün Messi evinin ətrafına hündür hasar çəkib. Ancaq insanların onu görmək istəməsindən və musiqilərin səs-küyündən bezən futbolçu qonşularla danışıqlara başlayıb. Messi ev kirayəsini ödəyə bilməyən qonşularına 1 milyon avro təklif edərək yaxınlığındakı bütün evləri alıb. 

Qaynar.info