İdman 14:36 11.01.2018

Messi bu sözlərlə bütün hörmətini itirdi

"Barselona"nın keçmiş futbolçusu Erik Abidal xərçəng xəstəliyindən müalicə olunduğu dövrlə bağlı danışıb. 

Qaynarinfo xəbər verir ki, qara ciyər xərçəngindən əziyyət çəkən Fransa millisinin keçmiş üzvü Lionel Messi ilə bağlı şok etiraf edib.

Komanda yoldaşlarına oyundan əvvəl vəziyyətini yaxşı olduğunu göstərmək üçün video göndərdiyini bildirən Abidal "Çox zəiflədiyimi göstərən videolar var idi. Oyunçulara matçdan öncə dəstək olmaq üçün bir video göndərdim. Messi bilirsiniz mənə nə dedi? "Bir daha bizə belə video göndərmə, bizi məyus edir, komandaya zərər verirsən dedi. Mən isə belə düşünməmişdim, yaxşı göründüyümü və bu yolla onlara cəsarət verəcəyimi fikirləşdirdim. Amma onlar məni bir cəsəd kimi gördüklərini söylədilər" deyib.

"Marca"ya danışan fransalı futbolçu Tyerri Anrinin onu duyğunlandırdığını bildirib: "Anri xəstəxanaya məni görməyə gələndə uşaq kimi ağladım. Məni belə görməsini istəmirdim. Amma məni görməyə gəlməsinə sevindim".