İdman 12:16 17.10.2013

Messi dərsliyə salındı - FOTO


"Barselona" klubunun argentinalı ulduzu Lionel Messi bu dəfə də tarixə düşüb.

Qaynar.info
xəbər verir ki, Messinin adı Türkiyədəki fizika dərsliklərinə salınıb.

26 yaşlı hücumçunun şəkli dərsliyin səhifələrinin birində yerləşdirilib. Messi ilə yanaşı məşhur alimlər Qaliley, Nyuton, Paskal və Torriçellinin fotoları qoyulub.

Qaynar.info