İdman 12:53 28.09.2013

Messi günahı atasının üstünə atdı


2007, 2008, 2009-cu illərdə 4 milyon avro vergidən yayındığı bildirilən "Barselona"nın futbolçusu Lionel Messi və atası məhkəmə qarşısına çıxıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə zamanı 25 yaşlı oyunçu bütün günahları atasının üstünə atıb.

Bildirib ki, vergi işləri ilə özü deyil, atası məşğul olub. Vergi işlərinə baxdığını təsdiqləyən futbolçunun atası isə bunu bir yanlış anlaşılma nəticəsində meydana gəldiyini söyləyib və oğlunun günahsız olduğunu bildirib. O, həmçinin ifadəsində 4 milyon avro vergi cəzasını faizi ilə verdiklərini xatırladıb.

Qeyd edək ki, Messi məhkəmənin binasına daxil olan zaman bir qrup azarkeşlər onu oğru adlandırmışdı.

Qaynar.info