İdman 17:11 27.09.2013

Messi haqqında biabırçı İTTİHAM


"Barselona"nın argentinalı hücumçusu Lionel Messi və atası Xorxe Messi vergidən yayınma ilə bağlı ispaniyada hakim qarşısına çıxacaq.

Qaynar.info
xəbər verir ki, 26 yaşlı futbolçunun və atasının İspaniya büdcəsinə 4 milyon avro "atdıq"ları məlum olub.

Prokurorluq tərəfindən hazırlanan ittihamnamədə ata və oğulun 2007-2009-cu illərdə futbolçunun fotolarının satışı üçün Beliz və Uruqvaydakı şirkətlərdən istifadə etdikləri və bu yolla vergidən yayındıqları bildirilir.

Haqqındakı bütün iddiaları rədd edən Lionel və atası bu ilin avqustunda İspaniya Vergi Müfəttişliyinə faizlərlə birlikdə 5 milyon avro ödəmişdilər.

Qaynar.info