İdman 12:04 21.07.2018

Messi hər kəsin önündə baş məşqçisini rəzil edib

"DÇ-2018"də çıxışı işə azarkeşləri məyus edən Argentina millisi qrupdan çətinliklə çıxsa da, 1/8 finalda Fransaya 3:4 hesabı ilə yenilərək mübarizəni dayandırmışdı. 

Uğursuzluqdan sonra istefaya göndərilən baş məşqçi Xorxe Sampaoli haqqında bir çox iddialar səslənmişdi. Hətta onun heyəti Lionel Messinin istəyi ilə qurduğu bildirilirdi.

Qaynarinfo xəbər verir ki, bu iddialarla bağlı Argentinanın aparıcı media qurumlarından olan "TYC Sports" Messi və Sampaoli arasında Xorvatiya matçından sonra palardəyişmə otağındakı mübahisə ilə bağlı məlumat yayıb.

İddiaya görə, 0:3 hesablı məğlubiyyətdən sonra Messi hər kəsin önündə qışqıra-qışqıra Sampaoliyə bu sözləri deyib: 

"Mənə ən azı 10 dəfə hansı futbolçunu ilk "11-lik"də görmək istədiyimi soruşdun. Heç birində ad çəkmədimm. Əgər kiminsə adını çəkmişəmsə, bütün komandanın önündə de".