Siyasət 09:42 13.09.2017

Messi ilk dəfə Buffona qol vurdu (VİDEO)

ÇL-in qrup mərhələsi çərçivəsində "Barselona" doğma meydanda "Yuventus"la qarşılaşıb.

"Qaynarinfo" xəbər verir ki, katalon klubu rəqibini 3:0 hesablı məğlubiyyətə uğradıb. Qollardan ikisini Messi, birini isə Rakitiç rəqib qapısından keçirib. 

Oyunu maraqlı edən məqamlardan biri də Messinin ilk dəfə Buffonun qoruduğu qapıya yol tapması olub.

Qaynarinfo.Az