İdman 19:40 07.01.2014

Messi qayıdır

İki aylıq fasilədən sonra dünya şöhrətli ulduz stadiona çıxa bilər

İspanya Birinci Futbol Liqası komandalarından olan "Barselona" nəhayət ki, Messiyə qovuşacaq. ANS PRESS-in məlumatına görə, zədəsi ilə bağlı olaraq iki aydır ki, futboldan uzaq qalan Lionel Messi stadiona qayıdır. Argentinalı ulduzun adı çərşənbə günü "Getafe" ilə oynayacaq Kral kuboku matçının 18 nəfərlik heyətinin tərkibinə salınıb. 

Baş məşqçi Gerardo Martino aldığı zədəyə görə, "Elche" ilə matça çıxa bilməyən Serqio Busquetsi də heyətə daxil edib. Xavi Hernandez, Mark Bartra və Dani Alves komanda heyətindən kənarda qalıblar.


Qaynar.info