İdman 16:32 25.02.2013

Messi: "Dincəlmək mənə görə deyil"

"Barselona"nın argentinalı ulduzu Lionel messi son illərdə komanda olaraq inanılmaz uğurlaq qazandıqlarını və bu müddət ərzində komandasını yarı yolda buraxmaq istəmədiyini söyləyib. 

Qaynar.info-nun məlumatına görə, Barca TV-yə açıqlama verən Messi önəmsiz oyun olsa belə dincəlmək istəmədiyini deyib: "İllərdir hər mətçda meydana çıxıram. Dincəlmədiyim zamanda özümü daha yaxşı hiss edirəm. Bizim üçün önəmli olan hər oyunda qələbə qazanmaqdır. Əgər qollarımla buna tövfə verə bilirəmsə, demək ki yaxşıyam". 

Argentinalı ulduz komanda olaraq son vaxtlar dünya futboluna damğa vurduqlarını deyib. 

Qaynar.info