İdman 22:15 29.05.2013

Messi: “Super ulduz deyiləm”

"Barselona"nın hücumçusu Lionel Messi adının əfsanəvi idmançılarla bir sıradan çəkilməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "El Periodico" qəzetinə danışan argentinalı futbolçu bildirib ki, bu cür müqayisələr düzgün deyil: "Mənim Usein Boltla bir tutulmağım sadəcə dəlilikdir. Bu cür müqayisələri xoşlamıram. Çünki super ulduz deyiləm. Mən, sadəcə, öz işimi görürəm. Karyeramı bitirdikdən sonra keçmişə baxıb nələr etdiyimə nəzər salmaq  bəs edər".

Qaynar.info