İdman 10:48 01.03.2013

Messi yatağa düşdü

Argentinalı futbolçu xəstələndiyinə görə "Real"la oyuna çıxmayacaq

“Qızıl top”un 4-qat qalibi Lionel Messi İspaniya çempionatında 26-cı turun oyunları çərçivəsində “Real” - “Barselona” oyununda iştirak etməyə bilər.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb soyuqdəyməsi olan argentinalı futbolçuya yataq rejiminin məsləhət görülməsidir. Messinin martın 1-dən məşqə başlayacağı gözlənilsə də, onun hərarətinin hələ də yüksək olduğu bildirilir.

Xatırladaq ki, “Real” “Barselona” oyununun martın 2-də baş tutacağı gözlənilir.

Qaynar.info