İdman 18:22 24.06.2013

Messinin 4 milyon avro vergi borcu var

Argentina və "Barselona"nın hücumçusu Lionel Messi 2010-2011-ci illər ərzində İspaniya dövlətinə ödədiyi vergi sənədlərini təqdim edib. 

Qaynar.info-nun məlumatına görə, Messi bu iki il ərzində vergi xidmətinə 10 milyon avro pul ödəyib. 

Lakin İspaniya hökuməti futbolçunun daha 4.1 milyon avro borcunun olduğunu bəyan edib. Həmin borcun 2007-2009-cu illərdən qaldığı bildirilir. 

Qaynar.info