İdman 16:05 24.07.2018

Məsut Özil Almaniyanı qarışdırdı: İşə nazir də qarışdı

Məsut Özilin irqçi hücumlara məruz qalması səbəbindən milli karyerasını bitirməsi Almaniyada qalmaqala səbəb olub.

Qaynarinfo xəbər verir ki, məsələyə ölkənin ədliyyə naziri Katarina Barley də qarışıb. Məsutu "böyük alman futbolçu" adlandıran nazir türk əsilli ulduza dəstək verib.

"Məsut kimi böyük bir alman futbolçunun ölkəsində irqçilik səbəbindən istənilmədiyini və Almaniya Futbol Federasiyası tərəfindən təmsil edilmədiyini hiss etəsi həyacan siqnalıdı" deyə Katarina Barley sosial media hesabında yazıb.

Məsələ ilə bağlı açıqlama verən hökumət sözcüsü Ulrike Demmer də Məsuta dəstək verib. O, bildirib ki, Almaniya kansleri Angela Merkel türk futbolçun təqdir edir və qərarına hörmətlə yanaşır: 

"Bildiyiniz kimi, kansler Məsutu təqdir edir. O, milli komandaya böyük xeyir vermiş əla oyunçudu. Məsut indi hörmətlə yanaşılmalı olan bir qərar qəbul edib. Almaniya dünyaya açıq bir ölkədi. İdmanın Almaniyada uyğunlaşmaya və birliyə böyük xeyir verdiyini hamımız bilirik. Almaniyada əsrlərdi 3 milyondan artıq türk əsilli insan yaşayır. Bu insların böyük əksəriyyəti cəmiyyətə yaxşı şəkildə uyğunlaşıb. Onlar insani, siyasi, mədəni və itisadi baxımdan ölkəmizi zənginləşdirirlər".