İdman 13:32 26.07.2018

Məsut Özili "yandıran" fotonun altından nişanlısı çıxdı

İrqçi hücumlara məruz qaldığı üçün Almaniya millisindəki çıxışını başa vuran Məsut Özillə bağlı yeni xəbərlər yayılıb.

Qaynarinfo xəbər verir ki, Almaniyanın məşhur "Bild" qəzeti futbolçunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəkil çəkdirməsinin səbəbkarının nişanlısı Amine Gülşe olduğunu yazıb.

"Məsutun nişanlısı bu olayda hansı rolu oynadı? Bu qız və ailəsinin Məsutun üzərində təsiri varmı?" yazan qəzet iddia edib ki, futbolçudan Ərdoğanla şəkil çəkdirməsini Amine Gülşe istəyib.



"Bild" qeyd edir ki, Türkiyə gözəlinin ailəsi "Ərdoğan dəstəkçisidir". Məhz bu səbəbdən o, nişanlısından prezidentlə şəkil çəkdirməyi xahiş edib.

"Amine Gülşenin ailəsinin Ərdoğan dəstəksiçi olduğunu hər kəs bilir. Bu fotonun çəkilməsini onunla evlənmək istəyən Məsutdan israrla istəməsi barədə ciddi iddialar var" deyə qəzkt yazır. 

Qeyd edək ki, Türkiyədəki seçki ərəfəsində Ərdoğanla şəkil çəkdirən Məsut Özil Almaniyada ağır şəkildə tənqid edilmişdi. Dünya çempionatındakı uursuluqdan sonra tənqidlər irqçi hücumlara çevirilmiş, nəticədə futbolçu milli karyerasını bitirdiyini açıqlamışdı.