ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı müğənni Mətanət Əsədova olub.

Qaynarinfo xəbər verir ki, müğənni Azərbaycanı tərk edəcəyindən danışıb:

"Allah imkan versə, beynimdə iki yer canlanır. Biri Mərakeşdir, biri isə Tükiyədir. İkisi də mənə yaxın ölkələrdir. Sadəcə gedəsən beynin açılsın. Nə qədər söz-söhbət, qiybət, nə qədər yalandan təriflər olar. Bu yalanlarla barışa bilmirəm. Mənə də alqış olsun, ona da? Olmur axı. Bu paxıllıq deyil. Allaha şükür, görmüşüm, sənətim, səsim, hörmətim, izzətim göz qarşısındadır. Uşaq deyiləm kiməsə paxıllıq edib, başımı yorum. Sözünü demiş insanam. Ehtiyacım yoxdur ki, nə iləsə reklam olunum. Bəlkə də, kimsə mənə söz atar, reklam olunar. Mənlik deyil elə şeylər. Sadəcə mən yoruldum, bezdim, iyrəndim".