Video 23:21 02.02.2019

Mətanət Əliverdiyeva acıq edib verilişi tərk etdi (VİDEO)

ATV-də yayımlanan "5 gəlin" verlişində gərgin anlar yaşanıb.

Qaynarinfo oxu.az-a istinadən bildirir ki, sözügedən verilişin aparıcısı Mətanət Əliverdiyeva ilə iştirakçının sözləri çəp düşüb.

Belə ki, iştirakçının Mətanətə sıfır qiymət verməsi və bu azmış kimi "Mən burada təhqirli bir şey demədim" söyləməsi aparıcını özündən çıxarıb.

"Mən götürmürəm təhqiri. Sən kimsən ki, mənə "sıfır" deyəsən. Bir hələ mənim yaşıma çat, etdiklərimi et, sonra "sıfır" deyərsən mənə. Sıfır vermək sənin borcun deyil. Sıfırı mənə Elmira xanım versə mən razı olaram", - deyə aparıcı bildirib.

Daha sonra aparıcı verilişi tərk edib.