Foto 13:36 25.01.2018

Mətanət görənləri şoka saldı: “Günü-gündən arıqlayıram” (FOTOLAR)

Tanınmış aparıcı Mətanət Əliverdiyeva yeni görünüşü ilə hamını şoka salır.

Qaynarinfo xəbər verir ki, yenicag.az-a açıqlama verən aparıcı 9 kilo çəki atdığını bildirib:

"Efirdə hələ kök görünürəm, amma həyatda məni görənlər şoka düşür. Hamı deyir, ay qız, necə arıqlamısan. Bunu gözəllik yox, sağlam həyat naminə edirəm. Pəhriz saxlamıram, gündə altı dəfə yemək yeyirəm. Sadəcə vaxtı düzgün bölürəm. Əvvəllər axşam meyvə, kəsmik yeyirdim. Sən demə, onlar da adamı kökəldir. Çoxlu qoğal, tort yeyirdim, doymurdum. Qan analizləri verdim. Dedilər ki, orqanizmimdə xrom çatmır. Bununla bağlı müalicə almalı idim. Lakin gərəkli olan preparat Bakıda yoxdur. Odur ki, Moskvadan olan dostlarım alıb-göndərdilər. Mən də qəbul etdim, indi yanımda tort kəssinlər, heç gözümün ucu ilə də baxmıram. İştaham çəkmir. Son vaxtlar çox kilo almışdım. ATV-də gəlinlərlə bağlı layihəmiz var axı, orada əlimə nə keçdi, basıb yeyirdim. Bir də gördüm ki, 87 kilo olmuşam. Dietoloqumun sayəsində 9 kilo çəki atdım. Hədəfim 75 kilo olmaqdır. Günü-gündən arıqlayıram”.