Dünya 11:06 07.09.2013

Metro yaxınlığında partlayış: Yaralananlar var

Moskvadakı “Çaritsino” ("Царицыно") metrosu yaxınlığında partlayış baş verib. 

RİA “Novosti”nin verdiyi məlumata görə, yerli vaxtla saat 06.40-da (Bakı vaxtı ilə 07.40) partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində metro yaxınlığındakı ticarət çadırının iki işçisi və bir müştəri xəsarət alıb.


Moskva polisi partlayışın mümkün səbəbi kimi qəsdən partlayış törədilməsi versiyasını araşdırır.// Musavat.com