Ölkə 13:58 11.03.2014

Metronun yeni rəisi: "Qərarımız qətidir"

Martın 11-də “Media forum” saytı metro keçidlərində ticarət köşklərinin yığışdırılacağı haqda məlumatlara və həmin keçidlərdə ticarətlə məşğul olan şəxslərin keçirdiyi aksiyaya münasibət öyrənmək üçün “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova müraciət edib.

Zaur Hüseynov “Media forum” saytına deyib ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti keçidlərdəki ticarət köşkləri haqda qəti qərar qəbul edib və həmin qərar bir qədər sonra açıqlanacaq.

Zaur Hüseynov “Köşklər yığışdırılacaqmı” sualına belə cavab verib: “Qərarımızı vermişik. Onun açıqlanmasını gözləyin”. 

Qaynar.info