Ekonomiks 15:26 07.04.2014

Metropolitenin yeni rəisindən reklam QADAĞASI

Bir müddət əvvəl mətbuatda "Bakı Metropoliteni"ndə reklamların yığışdırılacağı barədə məlumat yayılmışdı.

Məlumatda qeyd olunurdu ki, bununla bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov göstəriş verib. Bildirilirdi ki, vaqonlardakı səsli reklam monitorları, reklam, elan və afişaların vurulduğu bütün lövhələr tezliklə ləğv olunacaq.

Qaynar.info-ya daxil olan məlumatda bildirilir ki, artıq məsələ öz təsdiqini tapıb. Belə ki, metro reklamlarının təşkili ilə məşğul olan şirkətlər yeni reklam götürmür, bəzilərinin isə etdiyi ödənişi geri qaytarır. Reklam işinin təşkili ilə məşğul olan şirkətlərdən bəziləri bu məsələni reklamların sayılması, hesabatla əlaqələndirib. Bəziləri isə təmir işləri ilə əlaqədar monitorların söküləcəyini bildirib.

Qeyd edək ki, yeni rəhbər Zaur Hüseynov işə başlayandan sonra qısa müddət ərzində metroda ticarət yığışdırılıb.

Qaynar.info