Dünya 11:09 17.08.2018

Mexikoda qadın modellərdən istifadə qadağan edildi

Meksikanın paytaxtı Mexikoda şəhər bələdiyyəsinin maliyyələşdirdiyi tədbirlərdə qadın modellərdən istifadə qadağan edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bələdiyyə sədri Xose Ramon Amieva bildirib ki, qadınlardan diqqət çəkmək məqsədilə istifadə edilməyəcək, belə bir peşə olmamalıdır, bu, gender bərabərliyinin əleyhinədir.

Qeyd edək ki, Meksikada təqdimat mərasimlərində qadınlardan geniş istifadə olunur. 2014-cü ildə bir qrup qadın siyasətçi bu sektorun fahişəlik üçün vasitəçi funksiyanı daşıdığını bildirmişdi. Ölkədə 1 milyon qadın və kişi təqdimat modeli kimi çalışır.

Gülşən