Ölkə 13:51 14.05.2013

Meydan TV yayıma başlayır

Mayın 15-də Bakı vaxtı ilə  saat 21.00-da Azərbaycan online televiziya məkanında yeni televiziya - Meydan TV yayıma başlayır. Meydan TV Türksat  - 11804 V 24444 5/6  tezliklərində  yayımlanacaq.

Turan-ın Meydan -tv.com  saytına istinadən verdiyi məlumata  görə ,TV-nin məqsədi Azərbaycanda və ölkədən kənarda yaşayan vətəndaşlar, həmçinin  Azərbaycanda nələrin baş verdiyini öyrənmək istəyən bütün vətəndaşlar üçün informasiya və əyləncə xarakterli alternativ verilişlər hazırlamaqdır.

Meydan TV mərkəzi Berlin şəhərində yerləşən gənc media kanalıdır. Meydan TV- nin maliyyələşməsinə gəlincə, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və Azərbaycan vətəndaşları tərəfindən maliyyələşdirilir.

Meydan TV -nin yaradılması ideyası keçmiş vicdan məhbusu,  Avropada Təhsil alan Azərbaycanlı Tələbələrin Forumunun (FASE) həmtəsisçisi Emin Milliyə məxsusdur. Bundan əlavə,  televiziyanın yaradılmasında xaricdə mühacirətdə olan azərbaycanlılar da iştirak edir.

Meydan TV-nin  direktoru Emin Milli  hesab edir ki, Meydan TV açıq platforma olacaq, gündəmi müzakirəyə çıxaracaq, mövqe bildirəcək, həmçinin vətəndaşların azad mövqe bildirməsi üçün onlara “meydan” yaradacaq.

Qaynar.info