Ölkə 18:09 14.09.2013

Meyiti tapılan şəxsin kimliyi müəyyənləşdi

Bakıda 8 ay əvvəl elektrik yarımstansiyasından meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin fevralında Şüvəlan qəsəbəsi Ə.Qarayev küçəsindəki istifadə olunmayan elektrik yarımstansiyasında meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Xayrulin Zəkəriyyə Xeyrullayeviç olduğu məlum olub.
 
Faktla bağlı araşdırma aparılır.

Qaynar.info