Ölkə 18:08 17.07.2019

Meyvəli bazardakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı

"Bazarda zəhərlənənlər satıcı olublar".

Bu barədə Lent.az-a açıqlamasında zəhərlənənlərin yerləşdiyi 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva məlumat verib. O 

bildirib ki, satıcılar səyyar satıcıdan aldıqları yuxada olan soyutma yumurtadan zəhərləniblər: "Zəhərlənmə hər birində özünü müxtəlif müddətdən sonra göstərməyə başlayıb. Belə ki, 3 xəstə bu gün saat 12 radələrində, 1 xəstə təxminən 1 radələrində, bir xəstə isə saat 2-ə qalmış şöbəyə qəbul edilib”.

G.Babayeva əlavə edib ki, zəhərlənənlərin vəziyyətləri qənaətbəxşdir: "Təxminən 10 dəqiqə əvvəl 3 nəfər ərizə yazaraq bildiriblər ki, vəziyyətləri yaxşıdır və evlərinə yollanıblar. 2 nəfər isə hazırda şöbədədirlər. Onlar da gec gələnlərdir və vəziyyətləri stabildir. Yəgin ki, onlar da bir neçə saat sonra buradan ayrılacaqlar”.