Ölkə 17:33 15.08.2013

Mikayıl Cabbarovdan yeni rektor təyinatı

Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabovun işdən  uzaqlaşdırılması barədə xəbərin ardınca, onun yerinə kimin təyin ediləcəyi də məlum olub.
Bizimxeber.az-a verilən məlumata görə, Mehrabovu bu vəzifədə bir mnüddət əvvəl təhsil nazirinin müavini vəzifəsindən uzaqlaşdırılan Qulu Novruzov təyin edilib.
Xatırladaq ki, Qulu Novruzov keçmiş nazir Misir Mərdanovun zamanında müavin işləyib. Mikayıl Cabbarov  nazir təyinatından sonra onu işindən uzaqlaşdırmışdı.
İnstitutun yaşlı əməkdaşları arasında isə bu xəbər şok effekti verib. Qulu Novruzovun həmi əməkdaşları işdən uzaqlaşdırılması gözlənilir. Bunlar da əsasən Yəhya Kərimov, Şəmistan Mikayılov, İbrahim Mayılov və digər alimlərdir.
Qaynar.info