Dünya 12:13 25.06.2013

Mikroavtobus partladı, 10 nəfər həlak oldu

Əfqanıstanın cənubunda mikroavtobusun minaya düşməsi nəticəsində ən azı 10 nəfər – 8 qadın və 2 uşaq həlak olub.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, onlar Qəndəhara toya gedirmişlər.

Avtobusun sürücüsü və daha iki sərnişin yaralanıb. Həlak olanların hamısı bəyin qohumları olub. Polis faktla bağlı araşdırma aparır.

Qaynar.info