Ölkə 13:31 18.12.2018

Millət vəkili: "Nəqliyyat idarə olunur, amma intellekti görmürük"

"Bakıda tıxac ciddi narahatlıq yaradır. Biz bunu niyə həll etmirik?”

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, tıxaclara görə minlərlə insan yollarda qalır, işə gecikir: 

"Dünən axşamdan bir balaca yağış yağdı, Bakıda yenə aləm bir-birinə dəydi, tıxaclar yaranmağa başladı. Bu, artıq cəmiyyətimiz üçün ciddi məsələyə çevrilməkdədir. Biz niyə bunun qarşısını ala bilmirik? Bu gün hansı insanlar narazıdır? O insanlar ki, marşrutlarda, avtobuslarda, yollarda dəqiqələrlə, saatlarla durub, oturub gözləyirlər… Hamısı işə yetişməkdə çətinlik çəkir. Bunlardan ciddi narazılar elektoratı ola bilməz.

Nəqliyyatın İntellektual İdarə edilməsi ilə bağlı fikirləri tez-tez eşidirik. Nəqliyyat idarə olunur, amma intellekti görmürük. Tıxacı yaradan əsasən avtobuslardır, bütün yolu tutur. Bir az yağış yağan kimi hərəkət iflic olur. Əgər mütəxxəsis yoxdursa, xaricdən gətirək”.