Dünya 18:51 13.12.2013

Millət vəkili parlamentin ortasında soyundu - VİDEO


Meksika parlamentində qalmaqal baş verib.

Qaynar.info
xəbər verir ki, Meksikada enerji istehsalının özəlləşdirilməsinə qarşı çıxan solçu millət vəkili çıxış üçün çıxdığı tribunada soyunub.

Bir anın içində soyunan millət vəkili Conexo, "Xalqı belə soyursuz. Mən bu vəziyyətimdən utanmıram. Bəs, siz ölkəni soyarkən utanırsınız?" deyib.

Millət vəkilinin etirazına baxmayaraq, qanun qəbul edilib.

Qaynar.info