Xəbər lenti

Millət vəkili özündən 28 yaş kiçik katibəsi ilə evlənir
Dünya 13:13 12.10.2017

Millət vəkili özündən 28 yaş kiçik katibəsi ilə evlənir

Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, hazırkı millət vəkili Mehmet Ali Şahin yenidən evlənir. "Qaynarinfo" xəbər verir ki, 3 il əvvəl həyat yoldaşını itirən deputat AKP-nin baş ofisində katibəsi olmuş Zühal Fıratla ailə həyatı qurur.

4 uşaq atası olan 67 yaşlı Mehmet Ali Şahin 39 yaşlı Zühal Fıratla bir neçə gün əvvəl nişanlanıb. Deputatın özündən 28 yaş kiçik nişanlısı ilə toyu sabah Ankarada baş tutacaq.

Qeyd edək ki, Mehmet Ali Şahin 2009-2011-ci illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olub. 2011-ci ildən Karabük millət vəkili olan siyasətçi 1995, 1999 və 2002-ci illərdə İstanbuldan, 2007-ci ildən Antalyadan millət vəkili seçilib. 2002-2009-cu illərdə baş nazirin müavini, 2007-2009-cu illərdə ədliyyə naziri olub.

Aydın

Qaynarinfo.Az


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->