Ölkə 15:11 12.07.2018

Milli Arxiv İdarəsinə rəhbər nə vaxt təyin olunacaq?

Aprelin 21-də yeni hökumətin təsdiq olunmasından sonra əksər qurumlara rəhbər təyinatı olsa da, hələ də bəzi qurumlarda bu vəzifələr boşdur. Bunlardan biri də Azərbaycan Resbunlikasının Milli Arxiv İdarəsidir.

Qaynarinfo xəbər verir ki, idarənin rəhbər vəzifəsinə təyinat 2 aydan çoxdur reallaşmayıb. Qurumdan verilən məlumata görə, hazırda idarəyə keçmiş rəis Ataxan Paşayev rəhbərlik edir.

Qeyd edək ki, Ataxan Paşayev 1984-cü ildən Milli Arxiv İdarəsinin rəisidir və may ayının 2-də onun 80 yaşı tamam olub. A.Paşayevin vəzifəsinin icrasını davam etdirib-etdirməyəcəyi sual altındadır.
 
Çingiz Səfərli