ABŞ-ın Milli Demokratiya İnstitutu (NDI) Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün fəaliyyətini davam etdirəcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Səfir bildirib: "Bir neçə gün əvvəl bununla bağlı verdiyim bəyanata istinad etmək istəyirəm. O zaman bildirmişdim ki, mənə Azərbaycan hökuməti tərəfindən NDI məsələsinin artıq bitdiyi barədə məlumat verilmişdi".
Morninqstar qeyd edib ki, NDI Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün öz fəaliyyətini davam etdirəcək: "NDI tərəfindən həmin o bəhs edilən 1 milyon məbləğin necə xərclənməsi haqqında ətraflı məlumat verildikdən sonra Azərbaycan hökuməti tərəfindən mənə məlumat verilib. Bu ətraflı məlumatın bütün sualları cavablandırması şəxsən məni qane edib".
Qaynar.info
Şərhlər