İdman 18:26 20.10.2019

Milli komandamız 2 oyunda 10 qol buraxdı

17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib. 

Qaynarinfo xəbər verir ki, millimiz bu dəfə Norveçlə üz-üzə gəlib. Farer adalarının Torshavn şəhərində təşkil olunan oyun yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb - 5:0. Norveçlilər bütün qolları ilk yarıda vurublar.
 
Xatırladaq ki, millimiz ilk turda Sloveniyaya 0:5 hesabıyla uduzmuşdu. Norveç isə Farer adalarını 12:0 üstələmişdi. Yığmamızın yer aldığı 5-ci qrupun digər oyununda bu gün meydan sahibi Farer adaları yığması Sloveniya ilə üz-üzə gələcək.