İdman 21:52 21.01.2018

Milli komandamız Albaniyaya uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Qaynarinfo xəbər verir ki, Rəşad Sadıqovun komandası Albaniya U-21 millisi ilə qarşılaşıb.

Gənclər millisi ilə debüt matçında "Alanyaspor”un U-21 komandası üzərində qələbəyə sevinən Sadıqov yetirmələrinin nəyə qadir olduqlarını bu dəfə albaniyalı həmyaşıdları ilə dueldə yoxlayıb.

Xaricdə oynayan futbolçuların xidmətindən məhrum olan "Qarabağ”ın kapitanı heyəti yerli çempionatın iştirakçılarından qurub. Bununla belə, Sadıqov "Alanyaspor”la oyundan fərqli olaraq bu dəfə əlavə dörd futbolçunu - Mahir Mədətov, Ramil Şeydayev, Murad Xaçayev və Qismət Alıyevi heyətə daxil edə bilib.

Görüş saat 19:00-da start götürüb və rəqibin minimal hesablı zəfəriylə yekunlaşıb.

Yoxlama oyunu
21 yanvar

Azərbaycan U-21 - Albaniya U-21 0:1
Azərbaycan: Abdulla Seyidəhmədov, Ömər Buludov, Bəhlul Mustafazadə, Elvin Sərkərov, Sərtan Taşkın, Qismət Alıyev, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Fəhmin Muradbəyli, Mahir Mədətov, Ramil Şeydayev.
Ehtiyat oyunçular: 1 Kamran İbrahimov, 7 Ehtiram Şahverdiyev, 8 İlkin Muradov, 3 Anton Krivotsyuk, 10 Elnur Cəfərov, 18 Ülvü İskəndərov, 13 Murad Qayalı, 14 Nicat Süleymanov, 25 Murad Xaçayev, 16 İlyas Səfərzadə, 21 Xəyal Nəcəfov.
Baş məşqçi: Rəşad Sadıqov.