Milli komandamız bu gün növbəti yoxlama matçını keçirib.
 
Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin Makedoniya ilə oyunda sınayıb.

Martın 23-də Bakı Olimpiya Stadionunda Belarus qarşısında minimalhesablı məğlubiyyətə üzülən komandamız Makedoniya ilə Antalyada üz-üzə gəlib. Millinin "sükanı arxası”nda keçirdiyi ilk iki görüşdə qalibiyyət görməyən Qurban Qurbanov yenə qələbə görməyib. Oyundakı hər iki qol penaltidən vurulub. 6-cı dəqiqədə millimizin üzvü Riçard Almeyda hesabı açıb. 21-ci dəqiqədə isə Aleksandr Traykovski bərabərliyi təmin edib.

Azərbaycanla Makedoniya 7-ci dəfə qarşılaşıb. Bu qarşılaşmaların heç birində yığmamız qalib gələ bilməyib. İlk dəfə 2000-ci ildə qarşılaşdığımız balkanlılar 5 qələbə qazanıb. Top fərqi də rəqibin aşkar üstünlüyündən xəbər verir - 13:4. Bu matçlardan 4-ü yoxlama xarakterli olubsa, 2 dəfə dünya çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Məhz həmin iki oyundan biri (5 sentyabr 2001. Bakı – 1:1) bərabərliklə nəticələnib.
 
Yoldaşlıq görüşü
27 mart

20.00 Azərbaycan - Makedoniya 1:1
Qollar: Riçard Almeyda, 6-pen - Aleksandr Traykovski, 21-pen.
Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev (8. Emin Mahmudov, 90), 9. Namik Ələsgərov (17. Rəhman Hacıyev, 69), 13. Dmitri Nazarov (25. Cavid İmamverdiyev, 59), 15. Ruslan Abışov, 19. Amil Yunanov (10. Ruslan Qurbanov, 59), 20. Riçard Almeyda (16. Rəşad Eyyubov, 78), 21. Tural Axundov (6. Rahil Məmmədov, 75), 24. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 23. Səlahət Ağayev, 18. Coşqun Diniyev, 22. Şəhriyar Rəhimov, 28. Asif Məmmədov.
Baş məşqçi: Qurban Qurbanov.
Makedoniya: 1. Stole Dimitrievski, 13. Stefan Ristovski, 4. Kire Ristevski, 6. Visar Muslui, 14. Darko Velkovski (3. Qoko Zaykov, 80), 16. Boban Nikov (5. Ariyan Ademi, 16), 11. Enis Bardhi (8. Ezgyan Alioski, 59), 19. Maryan Radeski, 7. İvan Triçkovski (23. İliya Nestorovski, 59), 9. Aleksandr Traykovski, 10. Qoran Pandev (k) (20. Stefan Spirovski, 46).
Ehtiyat oyunçular: 12. Deyan İliyev, 2. Kristian Toşevski.
Baş məşqçi: İqor Angelovski.
Sarı vərəqələr: Qara Qarayev, 55. Rahil Məmmədov, 85 - Maryan Radeski, 41. Kire Ristevski, 43. Stefan Spirovski, 90+2.
Hakimlər: Halis Özkahya, Kemal Yıldırım, Kerem Ersoy, Ali Palabıyık (Türkiyə).
Antalya. "Mardan” stadionu.