İdman 10:29 12.11.2013

Milli komandamızda ciddi itki

Milli komandamızın heyətində problem yaranıb. Qaynar.info xəbər verir ki, Əfran İsmayılov zədələnib.

Premyer Liqanın XIII turunda "Bakı"nın "Neftçi" ilə keçirdiyi oyunda start heyətində meydana çıxan və cəmi 35 dəqiqə oynayıb Deyvidas Çesnauskis tərəfindən əvəzlənən yarımmüdafiəçinin ayaq əzələsində yırtıq yaranıb. Əfranın konkret nə vaxt meydana çıxacağı bəlli deyil. O, yığmanın qarşıdakı oyunlarını buraxa bilər.

Qaynar.info